Yağışlı hava Cəlilabadın meyvə bağlarında ziyanvericilərin artmasına səbəb olub
sizinxeber.az xəbər saytı

Yağışlı hava Cəlilabadın meyvə bağlarında ziyanvericilərin artmasına səbəb olub


Cəlilabad rayonunda son günlər müşahidə olunan intensiv yağışlar meyvə bağlarında ziyanverici həşəratların yayılmasına səbəb olub.

Bu barədə "Sizinxeber.az"un Muğan bürosuna bağ sahibləri məlumat veriblər.

Onların sözlərinə görə, davam edən yağışlar tozlanma və çiçəklənmə mərhələsində olan ağaclara mənfi təsir göstərib. Eyni zamanda, torpaqda rütubətin artması ziyanverici həşəratların çoxalmasına şərait yaradıb ki, onlar da meyvə ağaclarının yarpaqlarını zədələyirlər.

Bağ sahibləri bildiriblər ki, bu vəziyyət məhsuldarlığın təxminən iki dəfə azalmasına səbəb olacaq.

Qeyd edək ki, hazırda Cəlilabad rayonunda ümumilikdə 200 hektara yaxın meyvə bağı mövcuddur.

Oxşar xəbərlər

Cəlilabadda meyvə və giləmeyvə yığımı yekunlaşıb, bu il məhsuldarlıq bol olub
İmişlidə meyvə və giləmeyvə yığımı yekunlaşıb
Biləsuvarda bu il yeni salınan meyvə bağlarının sahəsi artırılıb
Cəlilabadda xurma yığımı aparılır, məhsuldarlıq və qiymətdən fermerlər razıdır 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər