Biləsuvarda taxıl biçini yekunlaşıb
Biləsuvar rayonunda cari ilin taxıl biçini başa çatıb.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, bu il rayonda payızlıq və yazlıq olmaqla 33 936,5 hektar sahədə taxıl əkilib.
Bunun 9 698,9 hektarı buğda, 24 237,6 hektarı arpa sahəsidir.
Zəmilərdə yetişən məhsul biçilib, 95 532,2 ton məhsul götürülüb və orta məhsuldarlıq 28,55 sentner olub. O cümlədən, 28 572,2 ton buğda toplanıb ki, burada da orta məhsuldarlıq 29,5 sentner, 66 960 ton arpa götürülüb ki, burada da orta məhsuldarlıq 27,6 sentner təşkil edib.
Taxıl biçininə 80 ədəd kombayn cəlb edilib. Onlardan 7 ədədi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Biləsuvar bölməsinə, 36 ədədi digər rayon bölmələrinə, 37 ədədi isə fiziki şəxslərə məxsus olub.
Oxşar xəbərlər
İmişlidə taxıl biçini yekunlaşıb
Azərbaycanda taxıl zəmilərinin 73 %-də biçin başa çatıb
İmişlidə arpa biçini yekunlaşıb
Azərbaycandakı taxıl sahələrinin 90 %-də biçin yekunlaşıb
Goranboyda bu il 23 min hektara yaxın sahədə taxıl biçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













