Muğan rayonlarının üzüm bağlarında ziyanvericilər yayılıb
sizinxeber.az xəbər saytı

Muğan rayonlarının üzüm bağlarında ziyanvericilər yayılıb


Muğan rayonlarının üzüm bağlarında ziyanvericilər yayılıb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, Biləsuvar və Cəlilabad rayonlarında hazırda üzüm yığımı aparılır. Fermerlərin sözlərinə görə, ziyanvericilərin təsiri nəticəsində məhsuldarlıq qismən aşağı düşüb.

Biləsuvar Bitki Mühafizə və Fumiqasiya Mərkəzindən bildirilib ki, rayon ərazisində yalnız meyvə bağlarında deyil, taxıl, bostan-tərəvəz və yem bitkiləri sahələrində də mütəmadi monitorinqlər aparılır.

Üzüm sahələrində, eyni zamanda bütün kənd təsərrüfatı bitkilərində xəstəlik və ziyanvericilər mövcuddur. Üzüm bitkisində ən çox yayılmış xəstəlik mildium və omidiumdur. Ən çox çiçəkləmə dövründən qabaqkı mərhələlərdə mildium xəstəliyinə rast gəlinir. Omidium xəstəliyi isə hazırkı dövrə kimi müşahidə olunur. Sözügedən xəstəliklərin qarşısını almaq üçün kükürd tərkibli birləşmələrdən istifadə olunur.

Mərkəzdən həmçinin o da qeyd olunub ki, bağlara baxış keçirilib və üzüm kollarına yeni feromon tələlər asılıb. Bu il üzüm sahələrində əsasən giləqurdu və omidium xəstəliyi aşkarlanıb, onlara qarşı mübarizə tədbirləri həyata keçirilib.

Oxşar xəbərlər

Cəlilabadda üzüm yığımı yekunlaşıb, bu il məhsul ötənilkindən bol olub 
Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb 
Cəlilabadda meyvə və giləmeyvə yığımı yekunlaşıb, bu il məhsuldarlıq bol olub
Cəlilabad rayonunda yığılmış çiyələyin böyük hissəsi Rusiya və ərəb ölkələrinə ixrac olunur
Azərbaycanda üzüm yağının istehsalına başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər