Göygöldə Aqrar Biznes Festivalı keçirilib
Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd təsərrüfatı potensialını tanıtmaq məqsədilə Göygöldə təşkil edilmiş IV Milli Yaylaq Festivalında çərçivəsində Aqrar Biznes Festivalı keçirilib.
"Sizinxeber.az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, festivalda fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, emal müəssisələri, ixracatçılar, innovasiya şirkətləri kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları ilə tanış olublar. İştirakçılar bu kimi tədbirlərin aqrar sahədə yeni işgüzar əlaqələrin qurulması, yerli istehsalçıların məhsullarının daha geniş bazarlara çıxması və aqroturizm potensialının artırılması baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.
Festival çərçivəsində Nazirliyin Elmi-Tədqiqat İnstitutları, Süni Mayalandırma Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu öz məhsul və xidmətləri ilə təmsil olunub. Tədbir zamanı Fondun nümayəndələri dövlət dəstəkli aqrar sığorta mexanizmi barədə təqdimat keçirib, iştirakçılara aqrar sığortanın üstünlükləri, zərərin hesablanması, fermerlərə ödənişlərin verilməsi, aqrar sığorta məhsulları barədə geniş məlumat veriblər. Daha sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub.
IV Milli Yaylaq Festivalı həm bölgənin turizm potensialına töhfə vermək, həm də kənd təsərrüfatı ənənələrinin, mədəniyyət, milli mətbəx nümunələrinin tanıdılması baxımından mühüm əhəmiyyətə malik tədbir sayılır. Proqram zənginliyi və iştirakçı sayının çoxluğu baxımından festival dövlət-özəl sektor tərəfdaşlığının uğurlu örnəyi hesab olunur.
Oxşar xəbərlər
Qubada Aqrar Biznes Festivalı keçiriləcək
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Göygöldə Aqrar Biznes Festivalı keçiriləcək
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib
Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












