Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edib


Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzində Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

"Sizinxeber.az" bu barədə nazirliyə istinadən xəbər verir.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, heyvandarlıq təsərrüfatlarının işğaldan azad olunmuş ərazilərə köçürülməsi, subsidiyaların ödənişi, tütün məhsulunun tədarükü, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Oxşar xəbərlər

Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib
Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib
Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edib
Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib və fermerlərlə görüşüb
Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər