Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 10% artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 10% artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan 108 milyon 999 min ABŞ dolları dəyərində 100 min 399 ton meyvə-tərəvəz ixrac edib.

Bu barədə "Sizinxeber.az-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,6% və 15,3% çoxdur.

İki ayda meyvə-tərəvəz ixracından əldə edilən gəlirlər ölkənin ümumi ixracının 2,29%-i, qeyri-neft ixracının isə 22,47%-i həcmində olub.

Hesabat dövründə Azərbaycana 65 milyon 977 min ABŞ dolları dəyərində 88 min 57 ton meyvə-tərəvəz idxal olunub. Bu, illik müqayisədə müvafiq olaraq 4,5% çox və 3,8% azdır.

İki ayda meyvə-tərəvəz idxalının ölkənin ümumi idxalında payı 1,59% olub.

Oxşar xəbərlər

Azərbaycanın meyvə-tərəvəz idxalı artıb, ixracı azalıb
Ötən ay Azərbaycan meyvə-tərəvəz ixracından 60 mln. dollardan çox gəlir əldə edib
Azərbaycan meyvə-tərəvəz ixracından 620 mln. dollardan çox gəlir əldə edib
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib
Azərbaycan meyvə-tərəvəz ixracından 535 mln. dollardan çox gəlir əldə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər