Liviyada fövqəladə vəziyyət elan edilib
Liviyanın Milli Birlik Hökuməti güclü yağış ehtimalına görə ölkənin qərb, şimal və cənubunda fövqəladə vəziyyət elan edib.
Sizinxeber.az xəbər verir ki, Liviya Milli Birlik Hökumətindən verilən açıqlamada, Milli Meteorologiya Agentliyinin hava proqnozu hesabatlarında dekabrın 16 və 17-də ölkənin qərb, şimal və cənubunda mülayim və leysan xarakterli yağış yağacağı bildirilib.
Açıqlamada qeyd olunub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bu rayonlarda fövqəladə vəziyyət elan edilib.
Ölkənin Tunislə sərhədindəki Ras Cedir bölgəsindən Misrata şəhərinə, Sebha və Ubari şəhərlərində və Cuffara düzənliyində uzanan sahil bölgəsində daşqın və sellərin ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Liviyalılara çökək olan ərazilərdən uzaq durmaq, nəqliyyatda sürət həddini aşmamaq, uçuşlarla bağlı elanlara əməl etmək tövsiyə edilib.
Oxşar xəbərlər
Boliviyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - SABAHIN HAVA PROQNOZU
Cənubi Koreya parlamenti Prezidentin hərbi vəziyyət elan etməsini araşdırmaq üçün yeni qanun layihəsi qəbul edib
Sabah yağış yağacaq, rayonlarda dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
