Qvineyanın sabiq prezidenti 20 il müddətinə azadlıqdan məhrum edilib
Qvineyanın sabiq prezidenti Mussa Dadis Kamara təxminən 15 il əvvəl, 2009-cu il sentyabrın 28-də paytaxt Konakridəki stadionda 150-dən çox insanın qətlə yetirilməsi zamanı törətdiyi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Sizinxeber.az xəbər verir ki, Qvineyanın “Ginee Matin” xəbər portalı iyulun 31-də məhkəmə prosesini yayımlayıb.
Qeyd olunur ki, prokurorluq Qvineyanın eks-liderinə ömürlük həbs cəzası istəyib. 60 yaşlı Kamara ilə birlikdə əvvəllər ölkənin keçmiş prezidentinin və o zamankı hökumətinin yaxın çevrəsində olan daha 11 nəfər də hakim qarşısına çıxarılıb.
Məhkəmə onlardan yeddisini təqsirli bilərək onları 10 ildən 18 ilədək azadlıqdan məhrum edib.
Oxşar xəbərlər
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Hacı Məmmədovla tutulan DİN-in keçmiş şöbə rəisi məhkəməyə müraciət edib
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov son söz deyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













