Türk əsgərinin Somalidəki xidmət müddəti 2 il də uzadılıb
sizinxeber.az xəbər saytı

Türk əsgərinin Somalidəki xidmət müddəti 2 il də uzadılıb


Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında Prezidentin Somalinin təhlükəsizliyinin terror və digər təhdidlərə qarşı təmin edilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin ixdmət müddətinin 2 il müddətinə uzadılması haqqında memorandumu qəbul edilib.

Sizinxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələri 2 il müddətində Somalinin dəniz yurisdiksiya əraziləri də daxil olmaqla iki ölkənin birgə təyin edəcəyi bölgələrdə yerləşdiriləcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Türkiyə Silahlı Qüvvələrinin Somalidəki vəzifə müddətinin daha 2 il uzadılmasını nəzərdə tutan memorandum müzakirə edilib.

Siyasi partiya nümayəndələrinin çıxışlarından sonra keçirilən səsvermədə memorandum qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar Gülərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər