Türkiyədə Qurban bayramının ilk günündə 14 372 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Türkiyədə Qurban bayramının ilk günündə 14 372 nəfər xəsarət alıb


Türkiyədə Qurban bayramının ilk günündə 14 372 nəfər insan xəsarət alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bayramın ilk günündə 14 372 nəfər qurban kəsərkən aldıqları xəsarətlərə görə xəstəxanalarımıza müraciət edib”, - nazir qeyd edib.

K.Memişoğlu bayramı qeyd edən hər kəsə xatırladıb ki, belə halların yaşanmaması üçün Qurban bayramında heyvanlar peşəkarlar tərəfindən kəsilməlidir.

O, Ankarada 1 049, İstanbulda 753, Konyada 655 nəfərin xəsarət aldığını bildirib.

Oxşar xəbərlər

İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb
Türkiyədə Qurban bayramında 863 yol qəzası baş verib
QMİ Qurban bayramı ilə bağlı fətva verib
Türkiyədə Qurban bayramı günü 863 yol qəzası baş verib
Bakıdakı məscidlərdə Qurban bayramının namazı qılınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle