Şalva Papuaşvili: USAID və NED kimi qurumlar ölkələrdə demokratik sistemləri sarsıtmaq məqsədi güdür
sizinxeber.az xəbər saytı

Şalva Papuaşvili: USAID və NED kimi qurumlar ölkələrdə demokratik sistemləri sarsıtmaq məqsədi güdür


Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Birinci Kanal”ında yayımlanan “Günün mövzusu” verilişində çıxışı zamanı Qərb institutlarını və ABŞ-nin keçmiş siyasətini sərt şəkildə tənqid edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, “deep state” (dərin dövlət) anlayışını qeyri-formal idarəçilik mexanizmi kimi dəyərləndirib və bu sistemin demokratik legitimlikdən məhrum olduğunu bildirib.

“Biz “dərin dövlət” dedikdə, demokratik legitimliyi olmayan, lakin iqtisadi, maliyyə və bürokratik rıçaqlara malik qeyri-formal idarəetməni nəzərdə tuturuq. Bu şəbəkə vasitəsilə müəyyən oliqarx maraqları həyata keçirilir”

Parlament sədri ABŞ prezidenti Donald Trampın mövqeyinə də toxunaraq bildirib ki, onun atdığı addımlar Gürcüstanda əvvəldən səsləndirilən fikirləri təsdiqləyib.

“Biz deyirdik ki, USAID və NED kimi qurumlar digər ölkələrdə demokratik sistemləri sarsıtmaq məqsədi güdür. Tramp bunu təsdiqlədi və maliyyələşməni dayandırdı. O, eyni zamanda bildirdi ki, ABŞ büdcəsindən yüzlərlə media qurumu və minlərlə jurnalistə Bayden administrasiyasının xeyrinə təbliğat aparmaları üçün vəsait ayrılıb. Bunun ardınca o, bu maliyyələşməni kəsdi”.

O, əlavə edib ki, hazırda “Azadlıq Radiosu” kimi media qurumlarının maliyyələşdirilməsi bəzi Avropa İttifaqı ölkələri tərəfindən həyata keçirilir:

“‘Azadlıq Radiosu” Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmış rəsmi təbliğat mediasıdır. İndi isə bu qurumu Avropa ölkələri maliyyələşdirir. Bu, bir daha onu göstərir ki, biz ‘dərin dövlət’ dedikdə təsadüfi bir anlayışı nəzərdə tutmuruq, bu, real və təsiredici bir mexanizmdir.”

Şalva Papuaşvili Gürcüstanda bu cür təsirlərin azaldılması və dövlətin tam suveren qərarlar qəbul etməsinin vacibliyini də diqqətə çatdırıb.

Oxşar xəbərlər

Papuaşvili: Trampın siyasi hədəfləri bizim baxışımıza tam uyğundur
Gürcüstan parlamentinin sədri: ABŞ səfirliyi ölkəmizdə dezinformasiya məkanına çevrilib
Gürcüstan parlamentinin sədri 49 deputatın mandatının ləğvinin səbəbini açıqlayıb
Papuaşvili: USAID 2024-cü ildə Gürcüstan QHT-lərinə 41,7 milyon dollar ayırıb
Papuaşvili: USAID 2024-cü ildə seçkiləri pozmağa çalışan Gürcüstan QHT-lərinə 41,7 milyon dollar ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər