Ukrayna Prezidenti: Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm
sizinxeber.az xəbər saytı

Ukrayna Prezidenti: Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbulda məhsuldar danışıqlara hazır olmasına şübhə etdiyini bildirib.

“Sizinxeber.az” LRT telekanalına istinadən xəbər verir ki, o, bunu "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitinin keçiriləcəyi Vilnüsə gəlişi zamanı bildirib.

"Bizim komandamız İstanbuldadır. Bu gün səhər müdafiə naziri (Rüstəm Umerov - red.) ilə danışdım, onlar görüşə hazırlaşırlar. Mən Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm. Amma biz həmişə hansısa həllərə inanmalıyıq", - prezident qeyd edib.

Zelenski onu da vurğulayıb ki, Ukrayna üçün tam atəşkəsin əldə olunması, uşaqların və əsirlərin evlərinə qayıtması vacibdir.

Oxşar xəbərlər

Zelenski Litvaya gedib
Zelenski Rusiyanın iştirakı ilə danışıqlara hazır olduğunu təsdiqləyib
Volodimir Zelenski: Rusiya danışıqlara hazır deyil
Zelenski: Ukrayna lazımi silahların 40 faizini özü istehsal edə bilər
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər