İran ordusunun Baş Qərargah rəisi: Şərq sərhədlərində təhlükəsizliyi artırmaq üçün sədlər inşa olunur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
15:30

İran ordusunun Baş Qərargah rəisi: Şərq sərhədlərində təhlükəsizliyi artırmaq üçün sədlər inşa olunur

21 may, 2025
15:30
580

İran ordusunun Baş Qərargah rəisi: Şərq sərhədlərində təhlükəsizliyi artırmaq üçün sədlər inşa olunur

İran ölkənin təhlükəsizliyini təmin etmək üçün şərq sərhədində müdafiə tikililərinin aktiv inşasını aparır.

"Sizinxeber.az" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Mohammad Baqeri bildirib.

Məlumata görə, M.Baqeri bu açıqlamaları ötən gün Sistan və Bəlucistan əyalətinə səfəri zamanı qeyd edib.

O qeyd edib ki, əyalətdə İran Ordusu, İslam İnqilabı Keşikçiləri Korpusu və İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin bölmələri yerləşdirilib: "Əfqanıstan və Pakistanla həmsərhəd olan bu bölgə İran Silahlı Qüvvələri üçün prioritet olaraq qalır".

Bizimlə əlaqə saxlayın