İran xüsusi xidmət orqanları "İslam Dövləti"nin iki liderini və 12 terrorçunu saxlayıb
sizinxeber.az xəbər saytı

İran xüsusi xidmət orqanları "İslam Dövləti"nin iki liderini və 12 terrorçunu saxlayıb


İranın Kəşfiyyat Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində 12 terrorçu, o cümlədən "İslam Dövləti"nin iki lideri və bir qrup radikal islamçı saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Esmail Xətib məlumat verib.

“Əməliyyat zamanı 20-yə yaxın qanunsuz miqrant, o cümlədən “İslam Dövləti” və təkfirçi qruplaşmanın lideri olan iki nəfər müəyyən edilərək saxlanılıb”, - ISNA agentliyi onun sözlərini sitat gətirib.

E.Xətib qeyd edib ki, bu 20 nəfərdən ən azı 12-si ölkə daxilində terror aktları həyata keçirmək üçün hazırlanmış casuslardır. Qurum rəhbəri əlavə edib ki, iki terrorçu liderin İranla həmsərhəd olmayan ölkələrlə əlaqələri olub. Saxlanılan şəxslərin kimliyi ilə bağlı məlumat verilməyib.

Oxşar xəbərlər

İzmir sahillərində 200-ə yaxın qanunsuz miqrant saxlanılıb, 64-ü xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın Azərbaycanla problemi ilə bağlı xəbərlərə ETTELAAT nazirinin reaksiyası [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ankarada İŞİD ilə əlaqədə şübhəli bilinən 15 əcnəbi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər