Türkiyə Müdafiə Nazirliyi PKK-nın özünü ləğvi ilə bağlı qərarına münasibət açıqlayıb
sizinxeber.az xəbər saytı

Türkiyə Müdafiə Nazirliyi PKK-nın özünü ləğvi ilə bağlı qərarına münasibət açıqlayıb


Türkiyə Milli Müdafiə Nazirliyi PKK-nın özünü ləğvi ilə bağlı qərarına münasibət açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, qəbul olunan qərar vaxt itirilmədən icra olunmalı, PKK silahı yerə qoymalıdır: “Atılacaq addımlar yaxından izləniləcək. Prosesin provokasiya edilməsinə icazə verilməyəcək, hər ssenariyə qarşı diqqətli və hazırlıqlı olacağıq”.

Nazirlik rəsmisi qeyd edib ki, terror təşkilatları mövcud olduqca Türkiyə Silahlı Qüvvələri mübarizəsini davam elətdirəcək: “Türkiyə Silahlı Qüvvələri adının nə olmasından asılı olmayaraq ölkəmizə, millətimizə, regionumuzdakı sabitliyə və insanlığa təhdid yaradan terror təşkilatları var olduqca mübarizəsini əzm və qətiyyətlə davam etdirəcək”.

Oxşar xəbərlər

Zeki Aktürk: Türkiyə Azərbaycana dəstək verməyə davam edir
Türkiyə MN ABŞ-nin PKK-nı silahlandırmasına münasibət bildirib
Türkiyə MN: Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik
Türkiyə Suriya ilə Rusiyanın bu ölkə sərhədində hərbi baza yaratdığına dair iddialara münasibət bildirib
Türkiyə Pakistana silah göndərilməsi barədə iddiaları təkzib edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər