Türkiyə MN ABŞ-nin PKK-nı silahlandırmasına münasibət bildirib
Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) ABŞ-nin PKK/YPG terror təşkilatını silahlandırmasına münasibət bildirib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk bu gün keçirdiyi həftəlik brifinqdə danışıb.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri prosesləri yaxından izləyir: “ABŞ regiondakı bazalarının havadan müdafiəsini təmin etmək məqsədilə əraziyə “Avenger Stinger” havadan müdafiə sistemləri göndərib. Müttəfiqimiz ABŞ-dən gözləntimiz İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə verdiyi bütün dəstəyi dayandırmasıdır. Gözləntimiz odur ki, ABŞ bir terror təşkilatı ilə əməkdaşlıqla başqa birinə qarşı mübarizə aparılmasının doğru olmadığını anlasın və terrorla mübarizəmizə səmimi dəstək versin”.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin Suriyadakı PKK qruplaşmasına hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri göndərməsinə dair məlumatlar yayılmışdı.
Oxşar xəbərlər
ABŞ terrorçu PKK/YPG üçün hava hücumundan müdafiə sistemləri göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Rəisi ilə telefonla danışıb, terror aktı ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi 51,3 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ordusu İraqın şimalında dörd PKK üzvünü öldürüb, biri "rəhbər" şəxsdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












