İranda 5 maqnitudalı zəlzələ olub
sizinxeber.az xəbər saytı

İranda 5 maqnitudalı zəlzələ olub


İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində mayın 1-də səhər saatlarında 5 maqnitudalı zəlzələ olub.

“Sizinxeber.az” “Mehr” agentliyinə istindən xəbər verir ki, bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi bildirib.

Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər cəlb olunub.

Ə.Musəvi təbii fəlakət nəticəsində dəyən maliyyə ziyanını araşdırdığını qeyd edib. O bildirib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.

İcra başçısının sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alan və ölən olmayıb.

Oxşar xəbərlər

İranda 5,6 maqnitudalı zəlzələ olub
İranda 4,8 maqnitudalı zəlzələ baş verib
İranda zəlzələ nəticəsində 28 nəfər yaralanıb
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub
Ermənistanda 3,5 maqnitudalı zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər