Qazaxıstan investorlar üçün yeni “qızıl” vizaların tətbiqinə başlayır
Qazaxıstan uzunmüddətli xarici investisiyaların cəlb edilməsinə yönəlmiş yeni viza proqramına başlayır.
“Report”un Qazaxıstan bürosunun ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qurumun təşəbbüsü ilə “qızıl” adlanan investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib.
“Yeni qaydalara əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər”, - məlumatda deyilir.
Bu “qızıl” viza sonradan Qazaxıstanda 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verir.
Qeyd edək ki, yenilik Qazaxıstanın açıqlığa, kapitalın qorunmasına və davamlı beynəlxalq iqtisadi əlaqələrin inkişafına strateji diqqətini əks etdirir.
Sənəd dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir.
Oxşar xəbərlər
Qazaxıstan investorlar üçün yeni “qızıl” vizalar tətbiq etməyə başlayır
Qazaxıstan yeni investor vizası tətbiq edəcək
Qazaxıstan xarici turistlər üçün “müasir köçəri” vizası tətbiq edib
Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin edilib
Qazaxıstan Energetika Nazirliyi OPEC+ sazişi ilə bağlı xarici mediada yazılanlara cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
