Qazaxıstan investorlar üçün yeni “qızıl” vizalar tətbiq etməyə başlayır
sizinxeber.az xəbər saytı

Qazaxıstan investorlar üçün yeni “qızıl” vizalar tətbiq etməyə başlayır


Qazaxıstan uzunmüddətli xarici investisiyaların cəlb edilməsinə yönəlmiş yeni viza proqramına başlayır.

“Report”un Qazaxıstan bürosunun ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qurumun təşəbbüsü ilə “qızıl” adlanan investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib.

“Yeni qaydalara əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər”, - məlumatda deyilir.

Bu “qızıl” viza sonradan Qazaxıstanda 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verir.

Qeyd edək ki, yenilik Qazaxıstanın açıqlığa, kapitalın qorunmasına və davamlı beynəlxalq iqtisadi əlaqələrin inkişafına strateji diqqətini əks etdirir.

Sənəd dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir.

Oxşar xəbərlər

Qazaxıstan xarici turistlər üçün “müasir köçəri” vizası tətbiq edib
Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin edilib
Qazaxıstan Energetika Nazirliyi OPEC+ sazişi ilə bağlı xarici mediada yazılanlara cavab verib
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib
Qazaxıstanda yeni hava limanlarının tikintisinə başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle