İranda limanda yanğına görə nazirin impiçment proseduru başladılıb
sizinxeber.az xəbər saytı

İranda limanda yanğına görə nazirin impiçment proseduru başladılıb


İran parlamenti Şəhid Rəcai limanında partlayışa səbəb olan səhlənkarlıqla əlaqədar ölkənin yol və şəhər inkişafı naziri Fərzanə Sadeqin impiçment prosedurunu başladıb.

“Report” xəbər verir ki, bu barədə İran parlamentinin abadlıq komitəsinin üzvü Məhəmməd Mənan Raisi “Tasnim” agentliyinə müsahibəsində bildirib.

Deputatın sözlərinə görə, hazırda impiçmenti dəstəkləyən 40 imza qeydə alınıb, lakin son məlumatlara əsasən, onların sayı artacaq.

Qeyd edək ki, baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1200-dən çox insan xəsarət alıb.

Oxşar xəbərlər

Bəndər Abbasdakı partlayışa görə iranlı nazirə qarşı impiçment başlayıb
İranda limanda partlayış zamanı yaralananların sayı 516-ya çatıb - YENİLƏNİB-6
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB-8
İranda limanda partlayış zamanı yaralananların sayı 281 nəfərə çatıb - YENİLƏNİB-4
İranda limanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər