İranın Şəhid Rəcai limanında yanğın nəzarət altına alınıb
sizinxeber.az xəbər saytı

İranın Şəhid Rəcai limanında yanğın nəzarət altına alınıb


İranın Bəndər-Abbas şəhərindəki Şəhid-Rəcai limanındakı yanğın nəzarət altına alınıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin bəyanatında bildirilib.

"Alov nəzarət altına alınıb, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib. Demək olar ki, iş sona yaxınlaşır", - məlumatda qeyd edilib.

Xatırladaq ki, limanda güclü partlayış aprelin 26-da baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkəyə “Be-200ÇS” və “İl-76” təyyarəsini göndərib.

Qeyd edək ki, baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1200-dən çox insan xəsarət alıb.

Oxşar xəbərlər

İranda limanda partlayış zamanı yaralananların sayı 516-ya çatıb - YENİLƏNİB-6
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB-8
İranda limanda partlayış zamanı yaralananların sayı 281 nəfərə çatıb - YENİLƏNİB-4
İranda limanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB-7
İranda limanda baş verən partlayışda xəsarət alanların sayı 400 nəfəri keçib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər