ÜST İranda denge qızdırmasının yayılma riskinin yüksək olduğunu bildirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyunun 14-dən iyulun 17-dək müəyyən edilmiş xəstəlik hallarının sayının 2-dən 12-yə yüksəldiyi İranda denge qızdırmasının yayılma riskinin daha yüksək olduğunu bəyan edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahı məlumat yayıb.
Qeyd olunub ki, iyunun 14-də İran rəsmiləri iki nəfərin denge xəstəliyinə yoluxduğu barədə məlumat veriblər.
17 iyul 2024-cü il tarixinə ölkədə xəstəliyə yoluxma hallarının ümumi sayı 12-yə yüksəlib. Yoluxanların hamısı İranın Hörmüzgan ostanının Bəndər Lingə şəhərinin sakinləridir. ÜST xəstəliyin ictimai sağlamlığa ciddi zərər vurma potensialına malik olduğunu izah edib.
İranın Səhiyyə Nazirliyi isə xəstəxanaların hazırlığını artırmaq üçün tədbirlər görüb. Öz növbəsində ÜST nazirliyə nəzarəti gücləndirmək, tibbi ləvazimatların və sürətli diaqnostikanın paylanması, təlimlərin keçirilməsi və risk kommunikasiyası fəaliyyətlərinin təşkili üçün dəstək verir.
Qeyd edək ki, denge qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Meymunlar, dələlər, quşlar, eləcə də ağcaqanadlar virus yayıcı hesab edilir.
Oxşar xəbərlər
Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəstəlik yenidən yayılır - Koronavirusun yeni ştamı sərhədimizə çatdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Virusun yeni mutasiyasının Azərbaycanda yayılma ehtimalı var” - İnfeksionistdən AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Andiçmə mərasiminə valideynlər buraxılmayacaq - Rəsmi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












