sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Moskva vilayətində maşın partlayıb, general-leytenant ölüb
Moskva vilayətinin Balaşixa şəhərində baş verən partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik ölüb.
“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
"Moskva ətrafındakı Balaşixa şəhərində maşın partlayışı zamanı həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik olub", - məlumatda bildirilib.
İstintaq Komitəsi "Volkswagen" markalı avtomobildə partlayışın partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini təsdiqləyib.
Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Moskva vilayətində avtomobil partlayıb, Rusiya ordusunun generalı ölüb - YENİLƏNİB
Rusiya İstintaq Komitəsi generalın ölümünə səbəb olan partlayışın səbəbini açıqlayıb - YENİLƏNİB
Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb
Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb
Moskvada yaşayış binasında partlayış baş verib, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













