İstanbulda ümumilikdə 266 afterşok qeydə alınıb
sizinxeber.az xəbər saytı

İstanbulda ümumilikdə 266 afterşok qeydə alınıb


İstanbulda dünən saat 12:49-da Mərmərə dənizində Silivri yaxınlığında baş verən 6,2 maqnitudalı zəlzələdən sonra aprelin 24-ə səhərə qədər 266 afterşok qeydə alınıb.

"Sizinxeber.az"un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) məlumat verib.

"Bu gün saat 09:00-a qədər 266 afterşok qeydə alınıb - onlardan 258-i 0-dan 4-ə qədər maqnitudada, yeddisi 4-dən 5-ə qədər maqnitudada, biri isə 5-dən yuxarı maqnitudada olub", - məlumatda deyilir.

Son məlumatlara görə, zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb.

Oxşar xəbərlər

İstanbulda zəlzələ 13 saniyə davam edib, 51 afterşok qeydə alınıb
Ərdoğan zəlzələ nəticəsində insan itkilərinin olmadığını təsdiqləyib
Xəzər dənizində 4 maqnitudada zəlzələ olub
Türkiyə-İran sərhədində 4,3 maqnitudada zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər