Rusiya nüvə sınaqlarını bərpa edə bilər
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ-nin oxşar hərəkətlərinə cavab olaraq Moskvanın nüvə sınaqlarını bərpa edə biləcəyini istisna etməyib.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
“Bu məsələdə bizim mövqeyimiz birbaşa ABŞ-ın bu sahədəki fəaliyyətindən təsirlənir. Hazırda onların (ABŞ – Qeyd) müəyyən növ nüvə silahları üçün zəmanət müddəti başa çatır və yeni silah növlərinin hazırlanması sürətlə gedir. Bu, Vaşinqtonu nüvə sınaqlarını bərpa etməyə sövq edə bilər. Bu halda Rusiya cavab addımı kimi onlardan nümunə götürə bilər. Rusiya Müdafiə Nazirliyi və “Rosatom” belə işləri görməyə hazırdır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, son illərdə Rusiya dünyada analoqu olmayan bir sıra müasir silah növləri, o cümlədən strateji silahlar hazırlayıb və istifadəyə verib.
Qeyd edək ki, 70 kiloton tutumlu sovet nüvə yükünün sonuncu partlaması 24 oktyabr 1990-cı ildə Novaya Zemlyada baş verib, bundan sonra SSRİ nüvə silahının sınaqlarına birtərəfli moratorium elan edib. Ümumilikdə Sovet İttifaqı 1949-1990-cı illər arasında 715 nüvə sınağı keçirib.
Oxşar xəbərlər
ABŞ Rusiya və Çinə qarşı nüvə silahı hazırlayır
Serbiya nüvə enerjisi üzrə tədqiqatlara qoyulan moratoriumu ləğv edə bilər
Ağ Ev: Pekin öz nüvə silahlarını inkişaf etdirir
Şoyqu: Dünyada nüvə dövlətləri arasında toqquşma riskləri artır
Peskov Makronun nüvə ritorikasını qarşıdurma adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












