Zelenski Ukrayna ordusunun Belqorod vilayətində irəlilədiyini açıqlayıb
sizinxeber.az xəbər saytı

Zelenski Ukrayna ordusunun Belqorod vilayətində irəlilədiyini açıqlayıb


Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində irəlilədiyini açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.

“Az öncə baş komandan Oleksandr Sırski məruzə edirdi. Qüvvələrimiz bu gün Kursk vilayətində fəallığı davam etdirir və mövqeləri qoruyur”, – Prezident vurğulayıb.

Eyni zamanda, o, ukraynalı hərbçilərin Belqorod istiqamətindəki uğurlarını da qeyd edib.

“Belqorod vilayəti ərazisində hərbçilərimiz irəliləyib və nəzarət zonamızı böyüdüb”, – ölkə başçısı söyləyib.

Xatırladaq ki, ötən ay Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin kəndini zəbt etmişdi.

Oxşar xəbərlər

Belqorod vilayətində üç Ukrayna PUA-sı vurulub
Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub
Rusiyanın Belqorod vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var
Belqorod və Kursk vilayətləri üzərində üç PUA vurulub
Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər