sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İranda ordu gününə həsr olunan hərbi parad keçirilib
İranda aprelin 18-də səhər saatlarında ordu gününə həsr olunmuş hərbi parad keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.
Bildirilib ki, paradda İran Prezidenti Məsud Pezeşkian, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri, müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə, həmçinin müxtəlif qoşun növlərinin komandanları iştirak edib.
M.Pezeşkian paradda çıxış edib.
Hərbi parad Tehrandan başqa İranın digər əyalət mərkəzlərində və bəzi şəhərlərində də təşkil olunub.
Qeyd edək ki, 1979-cu il fevral inqilabından sonra Məhəmmədrza şah Pəhləvidən qalma ordu həmin il aprelin 18-də yenidən formalaşdırılıb.
Oxşar xəbərlər
İran və Tacikistanın müdafiə nazirləri əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə Zəfər paradında iştirak ediblər
Azərbaycanın Baş Qərargah rəisi Brüsseldə görüşlər keçirib
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













