ABŞ-İran görüşünün ikinci raundu Romada keçirilə bilər
İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin xüsusi məktubunu Rusiya Prezdenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya səfər edib.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə o, Moskvaya səfərinin məqsədi barədə danışarkən deyib.
Bildirilib ki, A.Əraqçinin Rusiyaya səfəri zamanı ABŞ-İran arasında Omandakı aprelin 12-də birinci və aprelin 19-da keçiriləcək ikinci görüşlə bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ölkənin xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-İran görüşünə həsr olunan mətbuat konfransında danışıqların predmeti haqda bunları deyib: “Gündəlikdə sanksiyaların ləğvi və nüvə problemi var. Biz başqa məsələləri müzakirə etməyəcəyik”.
O, ikinci raund danışıqların İtaliyanın paytaxtı Romada keçiriləcəyini qeyd edərək bildirib ki, görüşün keçirilmə yerindən asılı olmayaraq, vasitəçi kimi çıxış edən ölkə Omandır:
“Biz danışıqların yeri və vaxtı ilə bağlı vaxt sərf etməməliyik. Görüşün yerini iki-üç dəfə dəyişdirmək barədə razılaşmışdıq. Ona görə də bu məsələnin əhəmiyyəti yoxdur”.
Oxşar xəbərlər
İranın XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN başçısı sabah Moskvaya rəsmi səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ və İran arasında məsləhətləşmələrin ikinci raundu aprelin 19-da Romada keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












