Mirzoyan: Fidan və Bayramovla danışıqlar tərəflərin mövqelərini daha aydın etmələrinə imkan verib
sizinxeber.az xəbər saytı

Mirzoyan: Fidan və Bayramovla danışıqlar tərəflərin mövqelərini daha aydın etmələrinə imkan verib


Antalyada Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə aparılan danışıqlar tərəflərin mövqelərini bir-biri üçün daha aydın etmələrinə imkan verib.

“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda sloveniyalı həmkarı Tanya Fayonla birgə mətbuat konfransında deyib.

"Antalyada azərbaycanlı həmkarım Bayramovla görüşdə bir az irəliləməyə çalışdıq. Düşünürəm ki, söhbəti davam etdirmək lazımdır", - o əlavə edib.

A.Mirzoyan Türkiyə və Azərbaycan XİN başçıları Hakan Fidan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüşlər keçirib.

O qeyd edib ki, yekun qərarların və razılaşmaların əldə olunduğunu iddia etmək olmaz. Lakin müntəzəm təmasların və müzakirələrin tərəflərin mövqelərini ən azı bir-biri üçün daha aydın etdiyini də inkar etmək olmaz.

Oxşar xəbərlər

Mirzoyan Ceyhun Bayramovla Antalyadakı görüşünə münasibət bildirib
Türkiyə və Ermənistan XİN başçıları Antalyada danışıqlar aparacaqlar
Antalyada Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb
Ermənistan XİN: Moskvada Bayramovla Mirzoyanın görüşü planlaşdırılmır
Türkiyə və Ermənistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər