Tbilisidə keçirilən aksiya zamanı xəsarət alan polis əməkdaşı gözünü itirib
sizinxeber.az xəbər saytı

Tbilisidə keçirilən aksiya zamanı xəsarət alan polis əməkdaşı gözünü itirib


Tbilisidə keçirilən aksiya zamanı xəsarət alan polis əməkdaşı gözünü itirib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi noyabrın 29-da keçirilən aksiya zamanı xəsarət alan polis əməkdaşı ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatına görə, həmin gün küt əşya ilə vurulan əməkdaşın sağ gözü görmə qabiliyyətini tamamilə itirib.

Bildirilib ki, polis əməkdaşı həm Gürcüstanda, həm də Türkiyədə bir neçə dəfə cərrahi əməliyyat olunub. Lakin zədənin ağırlığı səbəbilə həkimlər onun görmə qabiliyyətini bərpa edə bilməyiblər.

Daxili İşlər Nazirliyi hadisənin araşdırıldığını və məsul şəxslərin müəyyən edilməsi istiqamətində işlərin davam etdiyini açıqlayıb.

Oxşar xəbərlər

Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Tbilisidə etirazlar zamanı 21 polis yaralanıb
Tbilisidə keçirilən son etirazlarda DİN-nin 113 əməkdaşı xəsarət alıb
Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb  

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər