Rusiyada dəmiryol sanatoriyasında zəhərlənən uşaqların sayı 35-ə yüksəlib
sizinxeber.az xəbər saytı

Rusiyada dəmiryol sanatoriyasında zəhərlənən uşaqların sayı 35-ə yüksəlib


Rusiyanın Kemerovo vilayətindəki "Magistral" sanatoriyasında 35 uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.

“Report” TASS-a istinadən xəbər verir ki, "Rospotrebnadzor" kəskin bağırsaq infeksiyasının qeydə alınması ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlayıb.

İlkin məlumatlara görə, buna səbəb norovirus infeksiyası olub.

"Uşaqlar lazımi müalicə alır və həkim nəzarətindədirlər”, - məlumatda bildirilir.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə idarəsi cinayət işi başladıb.

Oxşar xəbərlər

Rusiyada iki tramvay toqquşub, 67 nəfər xəsarət alıb
Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb
Uşağı düzgün tərbiyə etməyən valideynlər məsuliyyət daşıyacaq - Yeni qanun layihəsi hazırlanıb
Rusiyada meymunçiçəyi virusuna iki yoluxma qeydə alınıb
Dövlət Komitəsi: “İnternata göndərilən uşaqların sayı artıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər