Fidanın Mirzoyanla müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
Türkiyə xarici işlər nazir Hakan Fidanın IV Antalya Diplomayiya Forumu çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla müzakirə etdiyi məsələlər açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirlər ikitərəfli münasibətlərdə gündəmdə olan məsələlər barədə danışıblar.
Onlar, həmçinin regional və beynəlxalq proseslər barədə də fikir mübadiləsi aparıblar.
Türkiyə xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlərin hansı məsələləri müzakirə etdikləri açıqlanmır.
Qeyd edək ki, onlar sonuncu dəfə 2024-cü ilin oktyabrında İstanbulda görüşüblər.
Oxşar xəbərlər
Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
Türkiyə və Ermənistan XİN başçıları Antalyada danışıqlar aparacaqlar
Hakan Fidan Aİ-nin ali nümayəndəsi ilə görüşüb
Hakan Fidan suriyalı həmkarı ilə terrora qarşı mübarizəni müzakirə edib
Rusiya və Türkiyə XİN başçıları Antalya Diplomatiya Forumu çərçivəsində görüş keçirirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













