Kobaxidze: Azərbaycanla Ermənistan arasında danışıqların təşviqinə dəstək verməyə hazırıq
sizinxeber.az xəbər saytı

Kobaxidze: Azərbaycanla Ermənistan arasında danışıqların təşviqinə dəstək verməyə hazırıq


Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda Gürcüstan üçün də son dərəcə önəmlidir.

"Sizinxeber.az"un Türkiyə bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq", - Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, ölkəsi Azərbaycanla olan çox yaxın dostluğa görə fəxr edir:

"Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyaya sahibik. Azərbaycan hakimiyyətinə Gürcüstana göstərdiyi güclü dəstəyə görə təşəkkür edirəm. İki ölkə arasında münasibətlər əladır, amma biz bu münasibətləri daha da gücləndirməyə qərarlıyıq".

Oxşar xəbərlər

Kobaxidze: Azərbaycanla Ermənistan arasında danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq
İrakli Kobaxidze Gürcüstana verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Gürcüstan Baş naziri: Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər