Ermənistan üç ölkəyə yeni səfirlər təyin edib
sizinxeber.az xəbər saytı

Ermənistan üç ölkəyə yeni səfirlər təyin edib


Ermənistanın Yaponiya, Kamboca və Moldovada yeni səfirləri təyin edilib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq fərmanları prezident Vaaqn Xaçaturyan imzalayıb.

Yaponiyada səfir vəzifəsinə Monika Simonyan təyin edilib. Bu təyinata qədər o, Yaponiyadakı səfirlikdə ataşe vəzifəsində çalışıb.

Ermənistanın Moldovadakı yeni səfiri Tiqran Qalstyandır, o, eyni zamanda ölkənin Rumıniyadakı diplomatik nümayəndəsidir.

Ermənistanın Kambocadakı səfiri vəzifəsinə isə Suren Baqdasaryan təyin edilib. O, həmçinin ölkənin Vyetnamdakı nümayəndəsidir.

Oxşar xəbərlər

Ermənistan İrana yeni səfir təyin edib
Ermənistan İsveçrəyə yeni səfir təyin edib
​​​​​​​Ermənistan Səudiyyə Ərəbistanına ilk dəfə səfir təyin edib
Gəncə, Lənkəran və Qazaxa prokurorlar təyin olunub
Litvanın yeni səfiri gələn həftə Azərbaycana gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle