Fidan: Türkiyə Qəzzada Qətər, Misir və ABŞ-nin rəhbərlik etdiyi atəşkəs prosesini dəstəkləyir
sizinxeber.az xəbər saytı

Fidan: Türkiyə Qəzzada Qətər, Misir və ABŞ-nin rəhbərlik etdiyi atəşkəs prosesini dəstəkləyir


Türkiyə Qəzzada Qətər, Misir və ABŞ-nin rəhbərlik etdiyi atəşkəs prosesini dəstəkləyir.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Nazirlər Komitəsi Toplantısından sonra təşkil edilən mətbuat konfransında deyib.

H.Fidan daimi atəşkəsin vacibliyindən danışıb.

"Qəzzaya humanitar yardımın ən qısa zamanda buraxılması lazımdır. Türkiyə fələstinliləri vətənlərini tərk etməyə məcbur edən planları rədd edir və Qəzzanın yenidən qurulması planını dəstəkləyir".

Türkiyə XİN rəhbəri beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün dəstək verməyə çağırıb.

Oxşar xəbərlər

Fidan: Qəzzada atəşkəs daimi olmalıdır
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb
Fidan: Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları qəbul etməyə hazırdır
Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir
Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər