Yakutiyada yol qəzası olub, beş nəfər ölüb
sizinxeber.az xəbər saytı

Yakutiyada yol qəzası olub, beş nəfər ölüb


Yakutiyanın Aldan rayonunda minik avtomobili və yük maşınının toqquşması nəticəsində yol qəzası baş verib. Minik avtomobilindəki beş sərnişin həlak olub.

“Sizinxeber.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Toyota Prius” və "KamAZ" markalı avtomobillər toqquşub. Yük maşınının sürücüsü xəsarət almayıb.

Məlumata görə, hadisə yerində təcili xidmətlər işləyir. Qəza yerinə 15 mütəxəssis və beş texnika cəlb edilib. Magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Oxşar xəbərlər

Tatarıstanda minik və yük avtomobilləri toqquşub, ölənlər var
Rusiyanın Orenburq vilayətində kütləvi qəzada beş nəfər ölüb
Yekaterinburqda yol qəzasında 4 nəfər ölüb
Beyləqanda yük və minik avtomobilləri toqquşub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb
Türkiyədə mikroavtobus və minik maşını toqquşub, ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər