Peskov: Tokio Moskvaya qarşı bütün düşmənçilik fəaliyyətlərinə qoşulub
Hazırda Rusiya və Yaponiya arasında sülh müqaviləsinin bağlanması ilə bağlı heç bir təmas yoxdur, Tokionun qeyri-dost addımları fonunda belə danışıqların mümkünlüyündən danışmağın mənası yoxdur.
“Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, “Tokio ölkəmizə qarşı bütün qeyri-dost və düşmən addımlara tam qoşulmağa tələsib".
"Sülh müqaviləsi bağlamaq istəyi haqqında sözlərlə real vəziyyət və Yaponiya rəhbərliyi tərəfindən ölkəmizə qarşı görülən real tədbirlər üst-üstə düşmür. Biz real vəziyyətdən çıxış edirik", - Kremlin nümayəndəsi bildirib.
Qeyd edək ki, Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatında Tokionun Moskva ilə sülh müqaviləsi bağlamaq və ölkələr arasındakı ərazi mübahisəsini həll etmək istəyindən bəhs edildiyi bildirilmişdi. Hesabata əsasən, Yaponiya hakimiyyəti həmçinin yaponların cənubi Kuril adalarına səfər təcrübəsinin bərpasını istəyir.
Oxşar xəbərlər
Kreml: Yaponiya ölkəmizə qarşı açıq-aşkar qeyri-dost mövqe tutur
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir
Yaponiya Rusiya ilə ərazi probleminin həllinə ümid edir
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir
Moskva Yaponiya XİN başçısının Rusiyaya girişinə qadağa qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











