Məsud Pezeşkian köməkçisini bahalı turizm səfərinə getdiyi üçün işdən çıxarıb
sizinxeber.az xəbər saytı

Məsud Pezeşkian köməkçisini bahalı turizm səfərinə getdiyi üçün işdən çıxarıb


İran Prezidenti Məsud Pezeşkian köməkçisi Şəhram Dəbirini bahalı turizm səfərinə getdiyi üçün vəzifəsindən azad edib.

“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Mehr" agentliyi yayıb.

M.Pezeşkian məsələ ilə bağlı açıqlamasında bildirib ki, Dəbirinin Novruz bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi müəyyənləşib: “Kasıbların çox olduğu bir ölkədə vəzifəli şəxslərin öz vəsaitləri hesabına olsa belə, bahalı turizm səfərinə getməsi müdafiə edilə və ya haqlı sayıla bilməz. Bu, səlahiyyətlilərin sadə həyat standartları ilə uyğun deyildir”.

Qeyd edək ki, Şəhram Dəbirinin bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi və orada əylənməsinə dair mediada məlumatlar yayılıb. O, dövlətin deyil, öz maliyyə vəsaiti hesabına səyahətə çıxdığını bildirsə də, ancaq bu, qarşı tərəfi qane etməyib.

Oxşar xəbərlər

İran Prezidenti ABŞ-a səfər edəcək
İranın birinci vitse-prezidenti: Trampla Pezeşkian qeyri-rəsmi görüşə bilər
Pezeşkian: Türkmənistan İranla təbii qaza dair müqavilə imzalamağa hazır deyil
Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
Məsud Pezeşkian Türkmənistana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər