Ukrayna ABŞ ilə rüsumların tətbiqinə dair əlverişli şərtləri müzakirə etmək niyyətindədir
ABŞ-nin Ukrayna üçün 10 % rüsum tətbiq etməsi o qədər də kritik deyil, lakin Kiyev bu məsələ üzrə daha əlverişli şərtləri müzakirə etmək niyyətindədir.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko sosial şəbəkələrdə bildirib.
"ABŞ-nin yeni rüsumları Ukrayna üçün nə deməkdir? Çətindir, amma kritik deyil. Bizim üçün ümumi rüsum 10 % tətbiq olunacaq. Moldova üçün 31 % və ya Avropa İttifaqı üçün 20 % kimi ayrıca yüksək rüsum Ukraynaya tətbiq edilmir", - o bildirib.
Nazirin sözlərinə görə, 2024-cü ildə Ukrayna Birləşmiş Ştatlara 874 milyon dollar dəyərində məhsul ixrac edib. Eyni zamanda, 3,4 milyard dollar dəyərində ABŞ malları idxal edilib. Buna baxmayaraq, Ukraynanın ABŞ mallarına tətbiq etdiyi rüsumlar kifayət qədər aşağı olaraq qalır, məsələn, avtomobillər üçün faiz dərəcəsi 10 %, kömür və neft üçün isə 0 %-dir. ABŞ-yə 600-dən çox müxtəlif kateqoriyada Ukrayna malları ixrac edilir. Bununla əlaqədar olaraq, Kiyev etibarlı müttəfiq və tərəfdaş kimi başqa şərtlər barədə razılığa gəlmək şansına malikdir, çünki ədalətli rüsumlardan hər iki ölkə qazanır.
"Əgər hər şey olduğu kimi qalsa, ABŞ-nin universal rüsumu əsasən kiçik istehsalçılara zərbə vuracaq. Buna görə də biz artıq Ukrayna üçün daha yaxşı şərtlərin olması üzərində işləyirik", - Y.Sviridenko qeyd edib.
Oxşar xəbərlər
Ukrayna büdcənin təxirəsalınmaz xərcləri üçün BVF-dən 1,1 milyard dollar alıb
Tramp Castin Trüdoya xəbərdarlıq edib
Ukrayna və Fransa infrastrukturun bərpası üçün qrant sazişi imzalayıb
KİV: ABŞ Aİ mallarına rüsum tətbiq etsə, birlik sərt cavab verəcək
ABŞ xarici avtomobillərə 25 % rüsum tətbiq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











