Peskov: Avropanın sanksiyaları ləğv etmək istəməməsi sülhdə maraqlı olmadığını göstərir
Avropa ölkələrinin Moskvaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək istəməməsi onların sülhdə maraqlı olmadığını göstərir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Avropa İttifaqının (Aİ) bu mövqeyinin yenilənmiş taxıl sazişinə mane olub-olmayacağı barədə sualına cavabında bildirib.
"Kənd təsərrüfatı məhsulları ilə bağlı hesablaşmalarla məşğul olan bank qurumumuza qarşı sanksiyaların aradan qaldırılması Qara dəniz təşəbbüsünün ayrılmaz hissəsidir. Bu məhdudiyyətlərin mahiyyəti son dərəcə aydındır. Əgər Avropa ölkələri bu yolla getmək istəmirsə, bu o deməkdir ki, onlar sülh yolu ilə getmək, Moskva və Vaşinqtonun sülhə doğru irəliləyiş istiqamətində göstərdiyi səylərə kömək etmək və onlara uyğun hərəkət etmək istəmirlər", - o qeyd edib.
D.Peskov əlavə edib ki, Rusiyanın şərtləri hamıya yaxşı məlumdur. "O vaxtdan bəri heç bir yenilik olmayıb", - o vurğulayıb.
Oxşar xəbərlər
Kreml: Avropa sülh istəmir
Peskov: Rusiya-ABŞ münasibətlərinin normallaşması sanksiyaların ləğvini nəzərdə tutmalıdır
Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb
Peskov: Rusiya Ermənistan və Azərbaycanla münasibətlərin inkişafını davam etdirəcək
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











