sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qırğızıstanda zəlzələ nəticəsində 39 bina zədələnib
Martın 11-dən 12-nə keçən gecə Qırğızıstanın Oş vilayətində baş verən zəlzələ nəticəsində 39 binaya, o cümlədən yaşayış evləri, məktəblər və uşaq bağçasına ziyan dəyib.
“Report” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
25 yaşayış binası, həmçinin 12 məktəb, uşaq bağçası və poliklinika zədələnib. Yaşayış binalarından biri "qəzalı və yaşamaq üçün təhlükəli" elan edilib.
Hadisə yerində zərərin qiymətləndirilməsi və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, martın 12-də gecə saatlarında Qırğızıstanda zəlzələ baş verib. Episentrdə zəlzələnin maqnitudası 4,9 təşkil edib.
Oxşar xəbərlər
Zəlzələ Türkiyənin iki vilayətində 550-dən çox binaya ziyan vurub
Vanuatuda güclü zəlzələ baş verib, səfirliklərin yerləşdiyi bina zərər görüb
Laçında zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur - YENİLƏNİB
ABŞ güclü zəlzələ səbəbindən Vanuatudakı səfirliyini bağlayır
Çində güclü zəlzələ nəticəsində 86 nəfər ölüb, 100-dək insan yaralanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











