Ukrayna və Türkiyə əməkdaşlığı gücləndirirlər: qarşılıqlı fəaliyyətə dair yol xəritəsi təqdim edilib
sizinxeber.az xəbər saytı

Ukrayna və Türkiyə əməkdaşlığı gücləndirirlər: qarşılıqlı fəaliyyətə dair yol xəritəsi təqdim edilib


Ukrayna və Türkiyə iqtisadiyyat, energetika və infrastruktur sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər, qarşılıqlı fəaliyyət üçün yol xəritəsi təqdim ediblər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, martın 10-da Prezident Ofisinin rəhbər müavini Viktor Mıkıta Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenlə görüş keçirib, tərəflər əməkdaşlığı genişləndirmək, xüsusilə Türkiyə və Ukrayna şəhərləri və regionları arasında qarşılıqlı əlaqələri artırmaq barədə razılığa gəliblər.

“Müzakirənin əsas mövzuları ikitərəfli əməkdaşlıq məsələləri, iqtisadi inkişaf üzrə birgə layihələr, həmçinin enerji və infrastruktur təşəbbüsləridir”, – prezidentin mətbuat xidməti bazar ertəsi bildirib.

Bundan başqa, görüş zamanı Ukrayna və Türkiyə arasında əməkdaşlıq üzrə yol xəritəsi təqdim edilib.

“Hazırda ölkənin müxtəlif bölgələrində mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir. HVA (hərbi vilayət administrasiyası – red.), icmalar və regionlardakı biznes icması onlarla fəal əməkdaşlıq edir. Türkiyə səfiri qeyd edib ki, Türkiyə tərəfdaşları hər gün bu önəmli dəstəyi duyurlar”, – məlumatda deyilir.

Öz növbəsində, Mıkıta Türkiyəyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə, həmçinin Rusiyanın tammiqyaslı təcavüzü fonunda vasitəçilik səylərinə görə təşəkkür edib.

Oxşar xəbərlər

"Azərbaycanla əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün çalışırıq" - Türkiyə səfiri
Nəqliyyat sahəsində Azərbaycan, Türkiyə və Özbəkistan arasında yol xəritəsi imzalanıb
İsrail və Ukrayna XİN başçıları əməkdaşlığı və Yaxın Şərqi müzakirə ediblər
Çin Ukrayna ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır
Lavrov Rubio ilə telefon danışığı aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle