İranlı milyarder barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəzlənib
sizinxeber.az xəbər saytı

İranlı milyarder barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəzlənib


İranın tanınmış iş adamı, milyarder Babək Zəncani barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəz edilib.

“Sizinxeber.az” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Asqar Cahangir bildirib.

Xatırladaq ki, 2016-cı il martın 6-da İran İnqilab Məhkəməsi əvvəllər neft satışı ilə bağlı korrupsiya ittihami üzrə həbs olunan Babək Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib. Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin "israf edilməsi"ndə təqsirli bilinir. B.Zəncani 2012-ci ildə İrana qarşı sanksiyaları pozduğuna görə ABŞ-nin "qara siyahısı"na daxil edilib. O, 2013-cü ilin dekabrında həbs olunub.

Qeyd edək ki, İran prezidentinin ovaxtkı müavini İshaq Cahangiri B.Zəncaninin adını çəkmədən bildirmişdi: "Neft gəlirinin 2,7 milyard dollardan artığının bir gəncin ixtiyarına verilməsinə təəccüb edirik. Əgər həmin maliyyə vəsaiti təkrar maliyyə sistemimizə qayıtmazsa, bu, İran üçün qara bir ləkə olacaq. İctimaiyyət bu pulların geri dönəcəyini səbirsizliklə gözləyir".

Oxşar xəbərlər

Keçmiş İran rəsmisinin ömürlük həbs cəzası təsdiqləndi - FOTO
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı
ABŞ Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb
ABŞ aprelin 18-dən Venesuelaya qarşı sanksiyaları bərpa edəcək
Birləşmiş Ştatlar Türkiyə, İran və Almaniya şirkətlərinə sanksiyalar tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle