İran İsrailə hücumu “qanuni və haqlı özünümüdafiə aktı” hesab edib
sizinxeber.az xəbər saytı

İran İsrailə hücumu “qanuni və haqlı özünümüdafiə aktı” hesab edib


İran İsrailə hücumu “İsrailin təcavüzünə qarşı qanuni və əsaslandırılmış özünümüdafiə aktı” adlandırıb.

“Report”un məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Vanessa Freyzerə göndərdiyi məktubda deyilir (aprelin 1-də BMT Təhlükəsizlik Şurasına sədrlik Maltaya keçib - red.).

Qeyd olunub ki, İran Birləşmiş Millətlər Təşkilatının məsul üzvü kimi qurumun nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş məqsəd və prinsiplərə sadiqdir, regionda gərginliyin artmasına və münaqişəyə can atmadığına dair ardıcıl mövqeyini bir daha bəyan edir.

Bununla belə, İran xəbərdarlıq edib ki, “öz xalqını və maraqlarını istənilən təhlükədən qoruyacaq”.

Oxşar xəbərlər

Müharibə başladı: İran İsrailə zərbə endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Baş katibi İran və Pakistana çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu: İran buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antonio Quterreş İlham Əliyevi təbrik etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABC News: İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər