Gürcüstan Milli Bankı ilk dəfə olaraq beynəlxalq ehtiyatlara monetar qızıl əlavə edib
Gürcüstan tarixində ilk dəfə olaraq Milli Bank beynəlxalq ehtiyatlara monetar qızıl əlavə edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Milli Bankdan məlumat yayıb.
Qurum London bazarından 500 milyon dollara ən yüksək standartlı (999,9) 7 ton qızıl külçəsi alıb. Beləliklə, monetar qızıl bütün beynəlxalq ehtiyatların təxminən 11%-ni təşkil edir. Hazırda isə külçələr Londonda saxlanılır, lakin sonradan Gürcüstan Milli Bankının anbarına daşınacaq.
"Ötən il Milli Bank valyuta bazarında rekord məbləğ - 1,5 milyard dollar əldə edib ki, bu da ehtiyatların həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu, Milli Banka beynəlxalq ehtiyatlarını monetar qızıldakı aktivlərlə doldurmaq imkanı verib", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Ermənipərəst ABŞ senatoru 400 minlik qızıl külçələr şəklində rüşvət alıb - Yeni detallar üzə çıxıb
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 28 % artırıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb
Azərbaycan Tbilisidə keçiriləcək ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












