Ermənistanda hərbçilərin məzarlarından oğurluq edənlərə cinayət işi açılıb
Ermənistanda İrəvan Məhkəməsinə Yerablur hərbi qəbiristanlığında məzarların güllərini oğurlayan üç nəfərin həbsinə dair vəsatət təqdim edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Daha əvvəl “Armlur.am” nəşri bildirib ki, bu işlə əlaqədar artıq iki nəfər həbs edilib. Həbs edilənlər istintaqa bildiriblər ki, məzarlar üzərində təzə güllər axtarıblar və sonra onları gül dükanlarına sataraq pul qazanıblar.
Həmin şəxslər barəsində cinayət işi başlanıb.
İlkin araşdırma davam edir.
Xatırladaq ki, yanvarın 5-də sosial şəbəkələrdə hərbi məzarlıqda güllərin oğurlandığını əks etdirən video yayılıb. Hərbi polis həmin şəxslərin kimliyini müəyyən edib və saxlayıb.
Oxşar xəbərlər
Ermənistanda "Qara Pantera” hərbi təşkilatının rəhbəri saxlanılıb - YENİLƏNİB
Vətəndaşa işgəncə verən ata və oğlu həbs edilib
Paşinyanın öldürülməsinin qarsısını alan şəxs: Peşman olmuşam
Vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu polis Ağstafada ifşa edib
Xocavəndin hərbi komissarı həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













