Türkiyə Prezidenti İstanbulda Volodimir Zelenski ilə görüşüb
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti İstanbulda Volodimir Zelenski ilə görüşüb


Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin hazırki gedişatı, Taxıl Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə sülh barədə ətraflı müzakirələr aparılıb.

Zelenski “X” hesabında bildirib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir. Onun sözlərinə görə, ölkəsi Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə istehsalın gücləndirilməsində maraqlıdır.

Xatırladaq ki, Ukrayna Prezidenti son dəfə ötən il iyulun 7-də Türkiyəyə səfər edib.

Oxşar xəbərlər

Zelenski Türkiyənin silah istehsalçıları ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volodimir Zelenski Kupyanskda cəbhə xəttinə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Münhendə İlham Əliyev ilə Volodimir Zelenskinin görüşü olub - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Blinkenlə nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər