Gürcü siyasətçi Qərb ölkələrinin səfirlərini ikili standartda və cəmiyyəti parçalamaqda ittiham edib
Gürcüstanın “Xalq hakimiyyəti” partiyasının üzvü Tamar Çiburdanidze xarici ölkələrin səfirlərini (ABŞ, Latviya, Almaniya və Böyük Britaniya səfirləri - red.) ikili standartda və gürcü cəmiyyətini parçalamaqda ittiham edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə siyasətçinin fikirləri "imedinews.ge" saytında dərc olunub.
Ekspertin fikrincə, “TV First” telekanalının çəkiliş qrupuna baş çəkmək üçün klinikaya gələn səfirlərin davranışı təqdirəlayiq olsa da, digər televiziyaların çəkiliş qruplarına başqa klinikada baş çəkmək ədalətli və diplomatik olardı.
T.Çiburdanidze qeyd edib ki, Gürcüstandakı hazırkı proseslərin aktorlarının kimlər olduğu açıq görünür.
Onun sözlərinə görə, xarici səfirlərin məqsədi yalnız müxalifəti dəstəkləməkdir və bunu artıq gizlətmirlər.
Siyasətçi səfirləri gürcü cəmiyyətini parçalamaqda da ittiham edib.
“Jurnalistləri siyasi zəmində bölmək antidiplomatiyadır. Səfirlər inqilabın barrikadalarında dayanıblar”, - deyə T.Çiburdanidze əlavə edib.
Oxşar xəbərlər
Almaniya və Avstriya səfirləri İran XİN-ə çağırılıb
İsrailli nazir Borreli terroru dəstəkləməkdə ittiham edib
Professor: "Gürcü Arzusu" seçki vədlərini yerinə yetirməklə ölkədəki qütbləşməni aradan qaldıracaq
David Çikelidze: Qərb ölkələri hakim “Gürcü Arzusu” partiyasını nüfuzdan salmağa çalışır
KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











