Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliklərində səsvermə yekunlaşıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliklərində səsvermə yekunlaşıb


Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində, Batumi şəhərindəki Baş konsulluğunda keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 47 saylı seçki məntəqəsində vətəndaşlarımız yüksək fəallıq göstəriblər. Seçicilərin 89,04 faizi səs verib. Səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.

Baş Konsul Pərviz İsmayılzadə də "Report"un yerli bürosuna bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 57 saylı seçki məntəqəsində Batumidə müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə yüksək fəallıq göstəriblər.

Seçicilərin 100 faizi səsvermədə iştirak ediblər.

Oxşar xəbərlər

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verir
Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb
Prezident seçkiləri ilə əlaqədar Gürcüstandakı Səfirliyimizdə MnSK yaradılıb
Pakistanda Azərbaycandakı prezident seçkiləri üzrə səsvermə başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər