Ermənistanda nazir müavini həbs olunub - YENİLƏNİB
Ermənistan iqtisadiyyat nazirinin müavini Ani İspiryan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Sizinxeber.az” “NEWS.am” istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Astxik Sarqsyan bildirib.
Milli Təhlükəsizlik Xidməti Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Sputnik-Armenia"ya iqtisadiyyat nazirinin mətbuat katibi Astxik Sarkisyan deyib.
Keçmiş nazir müavini Ani İspiryanın və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Liliya Sirakanyanın ofisində axtarışların aparılması ilə bağlı məlumatlara gəlincə, Sarkisyan qeyd edib ki, istintaq tədbirləri ilə bağlı heç bir şərh vermir: “Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Ermənistan təhlükəsizlik orqanları İqtisadiyyat Nazirliyində axtarışlar aparır
Prezident Sevinc Həsənovanı vəzifəsindən azad etdi
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib
İranda nazir müavini sui-qəsddən sağ çıxdı
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması həyata keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













